Baş xəbərDünya

Metroda doğulan körpəyə ömürlük pulsuz səyahət hüququ verilib

Brüsseldə xidmət göstərən ictimai nəqliyyat şirkəti STIB metroda doğulan körpəyə ömürlük pulsuz nəqliyyat verib.

Brüsselin Kommunal Nəqliyyat Şirkəti (STIB) sosial mediada sentyabrın 15-də Brüsselin Molenbeek rayonundakı Beekant metro stansiyasında bir qadının uşaq dünyaya gətirdiyini açıqlayıb.

Açıqlamada doğum prosesinin metro səfərində başladığı və STİB əməkdaşlarının köməkliyi ilə körpənin sağlam doğulduğu bildirilib.

“ÖMRÜK ABUNƏ VERİLƏCƏK”

STİB bu cür hadisənin şirkət tərəfindən ilk dəfə yaşandığını ifadə edərək, “Bu, heç vaxt unuda bilməyəcəyimiz bir an. Doğum hədiyyəsi olaraq STİB-in bu kiçik ulduzuna ömür boyu pulsuz abunə veriləcək” deyib.

MİVB əməkdaşları hadisə yerinə gələndə təcili yardım xidmətləri qadını doğuş zamanı dəstəkləyib. Beləliklə, MIVB işçiləri doğumu mümkün qədər rahat etmək və bəzi məxfiliyi təmin etmək üçün ədyaldan divar düzəldiblər.

Metro stansiyasında doğulan ana və qız daha sonra Erasmus xəstəxanasına köçürülüb. Hər ikisinin səhhətinin yaxşı olduğu bildirilir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Pokémon oğurluğu: 80 min avroluq kartlar axtarılır

Aynur Camal

“İnsidentlər silsiləsi”: Avropada bir həftə ərzində ikinci hərbi zavod partladı

Aynur Camal

Dəfn yeri üçün sertifikatları hədiyyə etmək dəb halına gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu