Ürək və daxili xəstəliklər üzrə professor Canan Karatay çıxışları ilə gündəmə bu dəfə də damğasını vurub.
Bugun.tv xəbər verir ki, konfransların birində çıxış edən elm adamı bir sıra açıqlamaları ilə gündəm olub. O, ən sağlam meyvənin zeytun olduğunu, meyvə şirələrinin böyük təhlükə yaratdığını deyib. “Turp yeyirsinizsə, turp kimi olursunuz. Ağ pendirin yanına 30-40 zeytun qoyun. Sağlam, yağlı, kristal qaya duzlu pendir və zeytun yeməsən, suya qoyub duzunu çıxardım desən, qısır olarsan”.
C.Karatay ağardıcı vasitələrin, qabyuyan mayelərin və səth təmizləyicilərinin tərkibində zəhər olduğunu bildirib. “Evlər təmiz olmayacaq, çirkli yaşayacağıq, ancaq təmiz yeyəcəyik”,- professor vurğulayıb.