ABŞ-ın texnologiya nəhəngi Microsoft-un elektron poçt xidmətində “Fələstin”, “Qəza” və “soyqırım” kimi sözlərə senzura tətbiq etdiyi məlum olub. Şirkət işçilərinin sözlərinə görə, bu sözləri ehtiva edən e-poçtlar alıcılara çatmazdan əvvəl sistem tərəfindən bloklanır.
Amerika mətbuatında əksini tapan məlumata görə, Microsoft işçiləri həm daxili, həm də xaricdən göndərilən bəzi e-poçt məktublarının çatmadığını görüblər. Araşdırmalarda bu e-poçtların Fələstin müqaviməti ilə bağlı ifadələrin olduğu, “Qəzza”, “soyqırım” və “Fələstin” kimi açar sözlərin sistem tərəfindən süzgəcdən keçirildiyi anlaşılıb.
Microsoft texnoloji xəbər saytı The Verge-ə “siyasi yönümlü mesajlaşmanı azaltmaq üçün bəzi dəyişikliklər etdiyini” təsdiqlədi. Lakin bu addım ictimaiyyət tərəfindən açıq senzura siyasəti kimi qiymətləndirilir.
Microsoft-un sionist rejimə bulud və süni intellekt dəstəyi verməsinə qarşı çıxan işçilər tərəfindən başlatılan “Azure-da ayrı-seçkiliyi aradan qaldırın” kampaniyası bu məhdudiyyətləri aşağıdakı sözlərlə tənqid edib:
“Bu, Microsoft-un qorxutma, qisas, təzyiq və senzura mədəniyyətində yeni bir fəsildir.”
Fələstinə dəstək verən işçilər işdən çıxarılıb
Keçən ay Mərakeşli proqram mühəndisi İbtihal Əbu Əl-Sə’d və onun amerikalı həmkarı Vanya Aqraval sionist rejimə verilən texnoloji dəstəyə etiraz etdikdən sonra onları Qəzzədəki soyqırımına şərik qoyan Microsoft tərəfindən işdən çıxarılıb.
İki əməkdaş şirkətin təsisçilərindən biri Bill Qeytsin də iştirak etdiyi 50 illik yubiley mərasimində öz etirazlarını ictimaiyyətə açıqlayıb.
Microsoft bu ayın ortalarında işğalçı rejimin qondarma Müdafiə Nazirliyinə süni intellekt və bulud hesablama xidmətləri təqdim etdiyini etiraf edib. Şirkət bu texnologiyaların mülki şəxslərə zərər vermək üçün istifadə edildiyinə dair “heç bir sübut” olmadığını iddia edir, lakin beynəlxalq media xəbərləri və araşdırmalar bunu təkzib edir.
Microsoftun süni intellektindən müharibədə istifadə olunur
Bu ilin əvvəlində Associated Press-in müfəssəl araşdırması nəticəsində məlum olub ki, Microsoft və OpenAI şirkətləri tərəfindən hazırlanmış süni intellekt sistemləri Qəzza və Livandakı bombardman hədəflərini müəyyən etmək üçün sionist rejimin istifadə etdiyi hərbi proqramların bir hissəsidir.
Fələstin xalqı sionist rejimin hücumları altında sağ qalmaq üçün mübarizə apararkən, bu zülmə dəstək verən qlobal texnologiya nəhənglərinin təcrübələri böyük reaksiyaya səbəb olur. Microsoft-un e-poçt senzurası da bu əməkdaşlığın rəqəmsal ölçüsünü ortaya qoyur.
Mənbə: İlkha