Texnologiya

Microsoft növbəti ixtisar dalğasına hazırlaşır

Bugun.tv xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Microsoft yaxın günlərdə yeni ixtisar dalğasını elan etməyə hazırlaşır.

Reuters-in məlumatına görə, ixtisarlar şirkətin ümumi işçi heyətinin 2,5 faizindən azını əhatə edəcək. Məlumata əsasən, ixtisarların satış, konsaltinq və Xbox oyun bölməsində çalışan minlərlə əməkdaşa təsir göstərəcəyi gözlənilir.

Məlumatı ilk olaraq Business Insider yayıb. Reuters xəbəri müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib.

Bildirilir ki, ABŞ-da texnologiya, media və maliyyə sektorlarında fəaliyyət göstərən bir sıra şirkətlər süni intellekt infrastrukturuna böyük investisiyalar fonunda xərcləri azaltmaq məqsədilə işçi sayını optimallaşdırmağa davam edirlər.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

iPhone proqramlarının tərtibatçı saytlarından endirilməsinə icazə veriləcək

Bugün TV

Sərt Disk ilə bağlı miflər

Teymur Əziz

Hostinq və domen nədir?

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu