Bugun.tv xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycana işgüzar səfəri çərçivəsində Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirib. Tərəflər enerji əməkdaşlığı, nəqliyyat dəhlizləri, rəqəmsal infrastruktur, ticarət əlaqələri və Cənubi Qafqazda sülh gündəliyini müzakirə ediblər.
Birgə mətbuat bəyanatında Avropa Komissiyasının Prezidenti Avropa İttifaqının Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafını dəstəkləmək məqsədilə 200 milyon avroyadək qrant ayıracağını açıqlayıb. Bundan əlavə, sərhədyanı icmaların inkişafı, səhiyyə, minatəmizləmə və yerli biznesin dəstəklənməsi üçün əlavə 20 milyon avroluq proqramın həyata keçiriləcəyi bildirilib.
Ursula fon der Lyayen bildirib ki, Avropa İttifaqı Azərbaycanla tərəfdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Onun sözlərinə görə, əməkdaşlıq ticarət, enerji, nəqliyyat və iqtisadiyyatın digər istiqamətlərini əhatə edəcək.
Qeyd edək ki, Avropa Komissiyasının Prezidentinin Bakıya işgüzar səfəri başa çatıb.
Mənbə: prezident.az
