25 C
Baku
27 İyul 2024, 6:27
Dünya

“Milei narkotik istifadə etdi”

İspaniya-Argentina xəttində narkotik gərginliyi: “Milei narkotik istifadə etdi”

Argentinanın ifrat sağçı prezidenti Xavyer Mileinin ofisi İspaniyanın baş naziri Pedro Sançesin İspaniyanın iqtisadiyyatına və sabitliyinə zərər verdiyini iddia edib. Bu açıqlama İspaniyanın nəqliyyat naziri Oskar Puentenin Mileinin seçki kampaniyası zamanı maddələrdən istifadə etdiyini iddia etməsindən sonra verilib.

İspaniya Argentina prezidentinin Madrid hökumətini öz xalqına “yoxsulluq və ölüm” gətirməkdə ittiham edən bəyanatlarını pisləyib.

Argentinanın ifrat sağçı prezidenti Xavyer Mileinin ofisi sosial mediada bəyanat yayıb və İspaniyanın baş naziri Pedro Sançesi İspaniyanın iqtisadiyyatına və sabitliyinə zərər verməkdə ittiham edib.

Britaniyanın “The Guardian” qəzetinin məlumatına görə, bu yazı Salamankada keçirilən paneldə Mileinin keçən ilki seçki kampaniyası zamanı “narkotik” qəbul etdiyini iddia edən İspaniyanın nəqliyyat naziri Oscar Puenteyə reaksiya olaraq edilib.

Milinin ofisi bu gün bir bəyanat yayaraq, Puentenin Sançesi hədəf alarkən söylədiyi sözləri pisləyib.

Bəyanatda baş nazir Sançes “qeyri-qanuni immiqrasiyaya icazə verməklə ispan qadınlarını təhlükə altına almaqda” və separatçılarla sövdələşmə edərək İspaniyanın bütövlüyünü pozmaqda günahlandırılıb.

Sançesin Sosialist İşçi Partiyasının hökumət qurmaq üçün Bask və Kataloniya bölgəçi partiyaları ilə razılaşdığı, solçu siyasətlərinin isə “ölüm və yoxsulluq” gətirdiyi iddia edildiyi də vurğulanıb.

Bu vəziyyət İspaniya Xarici İşlər Nazirliyinin reaksiyasına səbəb olub. “İspaniya hökuməti iki ölkə və onların qardaş xalqları arasındakı münasibətləri əks etdirməyən yalan bəyanatları qəti şəkildə rədd edir”, – nazirliyin bəyanatında deyilir.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Haiti Senatının sədri güllələnib

Aynur Camal

Seçkidən sonra Paris küçələri yandırıldı

Şükufə Ramizqızı

Zaxarova: “Ukrayna silahlı qüvvələri tərəfindən Quranın yandırılması mənəvi cinayətdir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu