28 C
Baku
9 İyul 2025, 12:27
Baş xəbər

Millət vəkili: Qaradağlıda 200 ailəyə su verildi

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Qaradağlı kəndində 200 ailəyə texniki su çəkilib.

Bugun.tv xəbər verir ki, açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, şəhid ailələrinin üzvləri, qazilər, rayon ağsaqqalları və ziyalıları iştirak edib.

Anar Məmmədov su çəkilişi münasibətilə sakinləri təbrik edib, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Keçirilən mərasimdə çıxış edən şəhid ailələri və kənd sakinləri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Açılış mərasimindən sonra millət vəkili Anar Məmmədov və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qaradağlı kəndindən şəhid olan Aslan Hüseynovun ailəsinin yaşadığı evdə olublar.

Mənbə: İkiSahil.Az

Aynur Camal

Oxşar xəbərlər

Aprelin 30-da gözlənilən hava şəraiti

Aynur Camal

Helikopterin qəzaya uğramasında pinqvin günahkar bilindi

Aynur Camal

İlham Əliyev Münxendə Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru ilə görüşüb

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu