Baş xəbər

Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş tədbir keçirildi

Bugun.tv -xəbər verir ki, İsmayıllı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ümumrayon tədbiri təşkil olunub.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat nümayəndələri, şəhid ailələri və ictimaiyyət fəalları iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Heydər Əliyev Mərkəzində davam edən tədbir çərçivəsində Ulu Öndərə həsr olunmuş sərgiyə baxış keçirilib, onun həyat və fəaliyyətini əks etdirən film təqdim olunub. Tədbir iştirakçıları həmçinin Ümummilli Liderin sevdiyi mahnıları dinləyib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Aynur Camal

Oxşar xəbərlər

Ölkədə ilk dəfə “Təbiətin Dostları” Festivalı keçirildi

Aynur Camal

Siyasi ekspert: ABŞ Cənubi Qafqazda Rusiyanın təsirini məhdudlaşdırmağa çalışır

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ və İran arasında razılaşma yaxın perspektivdə mümkün görünmür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu