Baş xəbərSiyasət

Millət vəkili Vüqar Bayramov ; Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı Zirvə toplantısı keçirildi

Bugun.tv xəbər verir ki, bu gün Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. İƏT region ölkələrini özündə birləşdirən əsas regional qurumlardan biri hesab olunur. Həmin təşkilatda bütün türk dövlətləri, eyni zamanda Azərbaycanın haqq işinə dəstək olan bir sıra regional ölkələr var. Bu barədə millət vəkili Vüqar Bayramov öz facebook səhifəsində məlumat verib.
“7 milyon 937 min km2 ərazini əhatə edən təşkilata üzv olan ölkələrin birgə əhalisi 528 milyon nəfərdən çoxdur. Təşkilata üzv olan ölkələr 3.3 trilyon dollar nominal, alıcılıq qabiliyyəti pariteti (PPP) nəzərə alınmaqla 7.6 trilyon dollar real ÜDM-ə malikdirlər. Adambaşına düşən nominal ÜDM isə 6.5 min dollara yaxındır.
Azərbaycan İƏT-lə sıx əlaqələr qurub və təşkilat çəçivəsində ciddi əməkdaşlıq platformasının yaranmasına töhfə verir. Rəsmi Bakının İƏT-lə və bu təşkilata üzv əksər ölkələrlə kifayət qədər yüksək səviyyəli münasibətlər qurub. İƏT-in 9-cu və 12-ci Zirvə Toplantıları müvafiq olaraq 2006 və 2012-ci illərdə Bakıda keçirilib, Bakı Bəyannamələri qəbul edilib. Ötən ay isə Şuşa şəhərində təşkilatın Nazirlər Şurasının 27-ci iclası keçirildi.
İƏT daha çox iqtisadi məsələlərə önəm verir və gözlənilir ki müzakirə ediləcək məsələlər Orta Dəhlizin inkişaf etdirilməsi, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi və üzv ölkələrdə iqtisadi islahatların dəstəklənməsi istiqamətində olacaq”-deyə V. Bayramov bildirib.
İntizar Əmirova

Oxşar xəbərlər

Yanğın baş verdi

Bugün TV

“Gənc nəsli narkomaniyadan qoruyaq!”

Aynur Camal

Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu