17.3 C
Baku
20 May 2025, 1:31
Baş xəbərSosial

Milli Məclisin deputatı Tərtərdə şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər şəhərində 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Nicat İsgəndərovun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.

Bugun.tv  xəbər verir ki, Anar Məmmədov işğal olunmuş Qarabağ torpaqlarının azad olunması uğrunda zaman-zaman canından keçmiş Nicat kimi igid oğulların döyüş yolundan, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən, ötən ilin sentyabr ayının 19-da aparılan lokal xarakterli antiterror əməliyyatlarından danışıb, ölkə rəhbərinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazlərə göstərdiyi diqqət və qayğını dilə gətirib. Nicat kimi oğul böyütdükləri üçün valideynlərinə təşəkkür edib, şəhid analarının qarşısında baş əydiyini bildirib.

Şəhid Nicat İsgəndərovun valideynləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə respublika prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Mənbə: İkiSahil.Az

Aynur Camal

Oxşar xəbərlər

İranın Dəməşqdəki səfirinin iqamətgahı hədəfə alınıb

İntizar Əmirova

Roma sarkofaqı ələ keçirildi

Aynur Camal

32 kiloqram narkotik vasitə aşkarlandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu