Image default
Digər

Milyonlarla arının kütləvi ölümü araşdırılır

Bugun.tv xəbər verir ki, Rusiyanın Çelyabinsk vilayəti və Krasnoyarsk diyarında milyonlarla arının kütləvi tələf olması qeydə alınıb. Hadisənin səbəbləri araşdırılır və ilkin yoxlamalarda arılarda yoluxucu və ya parazitar xəstəlik aşkarlanmayıb.

Çelyabinsk vilayətinin baytarlıq xidmətinin məlumatına görə, bölgənin bir rayonunda 5 milyondan çox arı tələf olub. Mütəxəssislər torpaq nümunələri götürərək laborator analizlərə göndəriblər. Əgər yoxlamalar nəticəsində pestisid qalıqları aşkar olunarsa, məsul şəxslərlə bağlı müvafiq tədbirlər görüləcək.

Krasnoyarsk diyarında isə yerli prokurorluq hadisə ilə bağlı araşdırmaya başlayıb. Mətbuatda yayılan məlumatlara görə, qonşu əkin sahələrində güclü pestisidlərin istifadəsi nəticəsində 30 milyona yaxın arının məhv olduğu ehtimal edilir. Baytarlıq xidməti arılardan, torpaqdan və bitkilərdən nümunələr götürərək ekspertiza təyin edib.

Sibir Federal Universitetinin Ekologiya və Coğrafiya İnstitutunun direktoru Ruslan Şarafutdinov bildirib ki, arıların kütləvi məhvi kənd təsərrüfatına və biomüxtəlifliyə ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, arılarla tozlanmayan ərazilərdə məhsuldarlıq 10–15 faiz azalır. Bundan əlavə, arılar vəhşi çiçəkli bitkilərin təxminən 90 faizinin tozlanmasını təmin etdiyindən onların azalması ekosistem üçün də ciddi təhlükə yaradır.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Həbsxanaya narkotik aparan pişik saxlanıldı

Aynur Camal

Merts: Bakıda Rusiya və Almaniya nümayəndələrinin görüşü barədə məlumatım yoxdur

Aynur Camal

Livan prezidenti: Çərçivə sazişi İsraillə münaqişəyə son qoya bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu