3 C
Baku
6 Dekabr 2022, 15:52
Baş xəbərSosial

“Milyonlarla dəniz canlısı plastik tulantılar səbəbindən tələf olur”

 Bugün.tv Sosial.tv-ə istinadən xəbər verir ki, regionlarda bələdiyyələrlə birgə ekoloji maarifləndirmə kampaniyasının təşkili Oğuz rayonunda da həyata keçib.

 Günümüzdə plastik tulantıların  insanlara, təbiətdəki bütün varlıqlara verdiyi zərərlərindən danışan layihə rəhbəri Habil Niftalı Azərbaycanda ekoloji mühitin qorunması və bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.

 “Son illər, ətraf mühiti çirkləndirən əsas faktorlardan biri də plastik qablaşdırma tulantılarıdır. 1960-ci ildə bərk məişət tulantıların tərkibində plastık tulantıların miqdarı bir faiz idi. Lakin bu göstərici hal-hazirda 12 faizdən çoxdur. Belə ki,dünyada plastık tulantıların yalnız 20 faiz təkrar emal olunur. Hər il ətraf mühitə 150 tondan çox plastik tulantı atılır. Milyonlarla dəniz canlısı plastik tulantılar səbəbindən tələf olur. İnsanlar xüsusui ilə də yeni yetmə və gənclər arasında bu mövzuda marifləndirmə tədbirlərin aparılması onlarda ekoloji şüurun və tərbiyyənin formalaşdırılması günümüzün ən vacib tələblərindəndir” – layihə rəhbəri bildirib.

 Dünya təcrübəsi də göstərir ki, belə hallarla ən səmərəli mübarizə üsulu yerli icmaların xüsusilədə yerli idarəermə qrumlarının- bələdiyyələrin bu prosesə cəlb olunması ilə aparılır. Yerli icmanın maarifləndirilməsi və səfərbər edilməsi üçün bələdiyyələrlə əməkdaşlıq çox mühüm əhəmiyyət kəsb edir. Ona görə də Azərbaycan Respublikasının Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maaliyyə vəsaiti ilə həyata keçrilən bu qəbildən olan layihələri dövlətlə vətəndaş cəmiyyətinin praktik əməkdaşlığı kimi qiymətlədirmək lazımdır.

 Daha sonra çıxış edən layihənin eksperti Taleh Əliyev Regonlarda bələdiyyələrlə birgə ekoloji maarifləndirmə mövzusunda tədbir işrirakçılarına geniş məruzə edib.

 Tədbir zamanı iştirakçılara maarifləndirici bukletlər paylanılıb və çay süfrəsi açılıb.

 Xatırladaq ki, iki ay müddətinə icra olunacaq layihə çərçivəsində məqsəd Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında bələdiyyə üzvləri, fermerlər və kənd təsərüfatı mütəxəsisləri arasında maarifləndirmə işi apararaq, bu günün bəlasına çevrilən ekoloji problemlərin gəlcəkdə nələrə yol aça biləcəyini, hansı fəsadlar yaradacağını tədbir iştirakçılarının diqqətinə çatdırmaqdır.

Oxşar xəbərlər

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 30 illiyi ilə bağlı tədbir keçirilib

Bugün TV

Vısokopolye qəsəbəsi azad edildi

Aynur Camal

Azərbaycan Prezidenti: Biz İranla sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək

Nigar Məmmədova