Warning: include_once(/home/u344819528/domains/bugun.tv/public_html/wp-includes/init.php): Failed to open stream: No such file or directory in /home/u344819528/domains/bugun.tv/public_html/wp-config.php on line 92

Warning: include_once(): Failed opening '/home/u344819528/domains/bugun.tv/public_html/wp-includes/init.php' for inclusion (include_path='.:/opt/alt/php83/usr/share/pear:/opt/alt/php83/usr/share/php:/usr/share/pear:/usr/share/php') in /home/u344819528/domains/bugun.tv/public_html/wp-config.php on line 92
Milyonlarla körpə kamerası hack edildi: İstifadəçiləri canlı izləyiblər - BuGün TV
Texnologiya

Milyonlarla körpə kamerası hack edildi: İstifadəçiləri canlı izləyiblər

Çin mərkəzli texnologiya şirkəti Meari-yə məxsus bir milyondan çox kamera və körpə izləmə cihazında ciddi təhlükəsizlik boşluğu aşkar edilib. Mütəxəssislərin sözlərinə görə, cihazlar 118 ölkədə kibercinayətkarların müdaxiləsinə açıq vəziyyətdə olub.

“The Verge” nəşrinin yaydığı məlumata görə, fransız kibertəhlükəsizlik araşdırmaçısı Sammy Azdoufal sistemdəki boşluğu aşkar edib. Bildirilir ki, araşdırmaçı mobil tətbiqdə gizlədilən təhlükəsizlik açarını deşifrə edərək cihazlara tam giriş əldə edib.

Məsələ ilə bağlı istehsalçı şirkət Meari-yə məlumat verilsə də, şirkətin ilkin mərhələdə problemi aradan qaldırmaqda gecikdiyi qeyd olunur. Daha sonra təhlükəsizlik boşluğunun bağlandığı açıqlanıb.

Araşdırmaçı Azdoufal problemlərin böyük hissəsinin həll olunduğunu bildirib. Təhlükəsizlik boşluğunu aşkar etdiyi üçün ona təxminən 24 min avro mükafat verildiyi qeyd edilir.

Ekspertlər valideynlərə ağıllı cihazlardan istifadə zamanı təhlükəsizlik yeniləmələrini mütəmadi yoxlamağı və güclü şifrələrdən istifadə etməyi tövsiyə edir.

Mənbə: The Verge

Aynur Camal

Oxşar xəbərlər

Almaz tozundan kvant sensorları hazırlanır

Aynur Camal

2 min illik mətn ilk dəfə tam oxundu

Aynur Camal

Süni intellektlə hazırlanan saxta məşhur reklamları dələduzluq tələsinə çevrilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu