Bugun.tv xəbər verir ki, İkinci Dünya Müharibəsində minə yaxın avstraliyalı əsgər və mülki vətəndaşın ölümünə səbəb olan, Filippin sahillərində batan yapon nəqliyyat gəmisinin qalıqlarını tapılıb.
Bu, Avstraliyanın ən böyük dəniz fəlakəti olub.
Hadisə 1942-ci ildə baş verib. Yeni Qvineyadan əsir götürülən gəminin məhbuslarla dolu olduğundan xəbərsiz ABŞ sualtı gəmisi atəş açıb. Nəticədə Montevideo Maru gəmisi batıb.
Nəticədə təxminən 979 avstraliyalı, 33 norveçli dənizçi, 20 yapon mühafizəçisi və ekipajı həlak olub.
Avstraliyanın dəniz arxeoloji qrupu olan Silentworld Foundation missiyanı Hollandiyanın “Fugro” adlı dərin dəniz tədqiqat şirkətinin köməyi ilə təşkil edib.
Dağıntılar avtonom sualtı nəqliyyat vasitəsi (AUV) tərəfindən 4000 metrdə, Titanik qəzasından daha da dərin olan yerdə tapılıb.
Axtarış qrupunun texniki eksperti, kapitan Rocer Turner jurnalistlərə açıqlamasında, “Bu, indi müharibə məzarıdır və ona müvafiq hörmətlə yanaşmaq lazımdır”,- bildirib.
Mənbə: BBC