24 C
Baku
Sentyabr 26, 2022
Baş xəbərMədəniyyət

Mingəçevirdə gənclər üçün düşərgə təşkil edilib-VİDEO

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Forest School Azerbaijan”nın dəstəyi ilə 6-9 sentyabr tarixlərində Mingəçevirdə “Gənclər Qız Uşaqlarının Dəyərinin Təşviqi və Gender Bərabərliyi Uğrunda” gənc oğlanlar üçün düşərgə təşkil edilib.

 

Bugun.tv-nin məlumatına görə layihənin həyata keçirilməsində məqsəd gənclərin iştirakı ilə qız uşaqlarına münasibətdə cəmiyyətdə mövcud olan stereotiplərin aradan qaldırılmasına və qız övladının dəyərinin təşviqinə töhfə vermək olub.

Düşərgəyə Qax, Lənkəran, Mingəçevir, Bakı, Sumqayıt, Gəncə, Ağsafa və Tovuzdan 15-18 yaşlı oğlanlar cəlb edilib.

Ümumilikdə, 40-dək iştirakçının qatıldığı düşərgə müddətində gənclər üçün “Cins və gender”, “Məsuliyyətli atalıq”, “Gender bərabərliyi”, “Gender əsaslı cins seçimi və gender əsaslı zorakılıq” mövzularında təlimlər keçirilib. Üç günlük proqram çərçivəsində gənclər həmçinin “Forest School” təhsil konsepsiyasına uyğun olaraq müxtəlif sosial, emosional, fiziki və intellektual fəaliyyətlərə qatılıblar.

Sonda təlim, debat, teatr və digər təlimlərdə iştirak edən gənclərə sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, düşərgə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib. Sözügedən proqramlar Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə icra olunub.

Oxşar xəbərlər

Özbəkistan-Azərbaycan investisiya fondunun fəaliyyətə başlaması üzrə iş aparılır

Aynur Camal

AI səfiri Peter Mixalko Zaqatala, Balakən,Şəki də səfərdə olub- FOTOLAR

Sabina Uğur

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri beynəlxalq təlimlərdə iştirak edir (FOTO)

Sabina Uğur