minimum əmək haqqı, Əmək Məcəlləsi dəyişiklikləri, Vüqar Bayramov, vahid tarif cədvəli, maaş artımı, dövlət büdcəsi, Milli Məclis, əməkhaqqı artımı
Baş xəbərİqtisadiyyat

“Minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılacaq” – Vüqar Bayramovdan açıqlama

Bugun.tv- xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında “Əmək Məcəlləsinə” təklif edilən dəyişikliklərlə bağlı paylaşım edib.

Deputat bildirib ki, Milli Məclisdə birinci oxunuşda qəbul olunan dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılması nəzərdə tutulur. Onun sözlərinə görə, dəyişiklik təsdiq olunduqdan sonra minimum əmək haqqı artımında dövrülük təmin ediləcək və bu proses artıq qanunla tənzimlənəcək.

Vüqar Bayramov qeyd edib ki, minimum əmək haqqının artırılması yalnız aşağı maaş alan vətəndaşlara deyil, eyni zamanda vahid tarif cədvəlinin bütün pillələri üzrə əməkhaqlarının yüksəlməsinə təsir göstərir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əmək haqqı artırıldıqdan sonra bir ay ərzində yeni məbləğə uyğunlaşdırılaraq artırılır.

Deputat vurğulayıb ki, artım sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan işçilərin maaşlarına da şamil olunur.

Onun sözlərinə görə, bu vətəndaşların əməkhaqları vahid tarif cədvəli əsasında dövlət büdcəsindən maliyyələşdirilir və maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400 manat, ən yüksək isə 1150 manatdır. Bayramov bildirib ki, minimum əmək haqqının dövri artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz

Aynur Camal

Türkiyə Yaxın Şərqdə əsas güclərdən birinə çevrilir

Aynur Camal

Ekspert: Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu