DünyaHadisə

Mirasdan məhrum edildiyini düşünən şəxs uşaqlıq evini partlatdı

Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın Lankaşir qraflığında yaşayan 55 yaşlı Darren Devis valideynlərinin mirasından məhrum edildiyini düşündüyü üçün uşaqlıq illərini keçirdiyi evi qəsdən partladıb.

Məlumata görə, 2024-cü il martın 27-də Hambleton kəndində yerləşən və təxminən 260 min funt sterlinq dəyərində olan fərdi yaşayış evində güclü partlayış baş verib. Hadisədən sonra ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

İstintaq zamanı müəyyən edilib ki, Devis evin müxtəlif otaqlarına üç qaz balonu yerləşdirib, çardağa benzin tökərək şam vasitəsilə yanğın törədib. Partlayışın gücü ətrafda yaşayan insanlar üçün də ciddi təhlükə yaradıb.

Məhkəmədə məlum olub ki, onun mirasla bağlı iddiası əsassız imiş. Qardaşı Kreyq Devis bildirib ki, valideynlərinin vəsiyyətinə əsasən ev hər iki qardaş arasında bərabər bölüşdürülməli idi. Lakin Darren Devis atasının evi gizli vəsiyyətlə yalnız ona saxladığına inanaraq qardaşını sui-qəsddə günahlandırıb.

Partlayış zamanı evdə olmayan Kreyq Devis bütün şəxsi əşyalarını, ailə şəkillərini və valideynlərindən qalan xatirələri itirib. O, qardaşından 170 min funt sterlinqdən çox təzminat tələb edib.

Preston Kral Məhkəməsi Darren Devisin uzun illərdir bipolyar pozuntu, depressiya, narahatlıq və autizm spektr pozuntusu səbəbindən müalicə aldığını nəzərə alaraq onun məsuliyyətinin azaldıldığı qənaətinə gəlib. Təqsirləndirilən şəxs günahını etiraf etdiyinə görə 4 il 4 ay azadlıqdan məhrum edilib.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

UEFA-nın FİFA-nı boykotu baş tutarsa nə baş verəcək?

Aynur Camal

Qar uçqunu: 10 alpinist itkin düşdü

Aynur Camal

Yayda arıqlamağın ən effektiv yolu açıqlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu