Hadisə

Qar uçqunu: 10 alpinist itkin düşdü

Bugun.tv xəbər verir ki, Pakistanın Gilgit-Baltistan bölgəsində yerləşən Broad Peak dağında baş verən qar uçqunu nəticəsində 10 alpinist itkin düşüb. Pakistan Alp Klubunun məlumatına görə, itkin düşənlər arasında Nepal, Pakistan, Oman, ABŞ və Çin vətəndaşları var.

Məlumata əsasən, uçqun 8 051 metr hündürlüyündə yerləşən zirvə yaxınlığında baş verib. Hadisədən sonra Pakistan ordusunun helikopterləri və xilasedicilər əraziyə cəlb olunub. Çətin hava şəraiti, qalın qar örtüyü və yüksək dağlıq relyef axtarış-xilasetmə əməliyyatlarını çətinləşdirir.

İtkin düşənlər arasında dünyanın 14 ən hündür zirvəsini ən qısa müddətdə fəth etməsi ilə tanınan nepallı məşhur alpinist Nirmal Purja da var.

Pakistan Alp Klubunun prezidenti İrfan Arşad Xanın sözlərinə görə, indiyədək 4 alpinistin meyiti tapılıb.

Həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Karakorum dağ silsiləsində yerləşən Broad Peak dünyanın ən çətin və təhlükəli dağ marşrutlarından biri hesab olunur. Hər il yüzlərlə peşəkar alpinist bu zirvəni fəth etmək üçün Pakistana səfər edir.

 Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Mirasdan məhrum edildiyini düşünən şəxs uşaqlıq evini partlatdı

Aynur Camal

Avropada meşə yanğınlarının söndürülməsi üçün cəmi bir neçə gün vaxt qalır

Aynur Camal

Fransada və İspaniyada meşə yanğınları: Bordo yaxınlığında 4 minə yaxın insan təxliyə edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu