Misirin Turizm və Qədim Əsərlər Nazirliyi 3500 ildən çox keçmişə aid kral məzarının aşkar edildiyini açıqlayıb. Nazirlikdən verilən açıqlamada, “Bu qəbirlər eramızdan əvvəl 1700-1600-cü illərə aiddir” ifadəsi işlədilib.
Misir Turizm və Qədim Əsərlər Nazirliyindən verilən açıqlamada Pensilvaniya Universitetinin arxeoloji qrupunun cənubda Abydosdakı Cebel Anubis nekropolunda İkinci Ara Dövrə aid bir kral məzarı aşkar etdiyi bildirilib.
Bildirilib ki, Qədim Əsərlər Ali Şurasına bağlı digər arxeoloji qrup cənubdakı Bənəvit kəndində Roma dövrünə aid saxsı emalatxanası aşkar edib.
“Abidosda kral məzarının tapılması Cebel Anubis nekropolunda kral məzarlarının inkişafı ilə bağlı yeni elmi dəlillər təqdim edir. Bu qəbirlər eramızdan əvvəl 1700-1600-cü illərə aiddir”, – deyə məlumatda bildirilir.
Bənəvitdəki dulusçuluq sexi ilə bağlı bildirilib ki, “Bu emalatxana qədim zamanlarda Doqquzuncu bölgəni dulusçuluq və şüşə ilə təmin edən ən böyük istehsal mərkəzlərindən biri olub”.
Nazirlik, “Bu iki kəşfin açıqlanması təkcə Misirin turizm müxtəlifliyini tanıdacaq və qədim Misir sivilizasiyasını dünyaya daha yaxşı izah etməyəcək, həm də tədqiqatçılara işlərində böyük töhfə verəcək” deyə qeyd edib.
Mənbə: HurriYet