25 C
Baku
27 İyul 2024, 7:04
Baş xəbərSəhiyyə

Möcüzə doktor

Çox qədim və humanist peşə olan həkimlik insanların səhhətinin qorunmasına, xəstəliklərin qarşısının alınmasına yönəlib. İnsanların ayrılmaz dostu olan bu peşə sahibləri daim insan sağlamlığının keşiyində dayanıblar.

Həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Bu sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır. Əlbəttə ki, bu geniş ruhiyyə və insanlığa dərin məhəbbət tələb edir. Həyat üçün məsuliyyət daşımağa hazır olmaq lazımdır. Ona görə də düşünürəm ki, tibb sənətinə yiyələnən, onun sirrlərinə bələd olan hər kəs yaxşı həkim ola bilməz. Xəstənin düzgün müalicə alıb, sağlamlığa qovuşmasında yaxşı və savadlı həkimin çox böyük rolu var.

Müqəddəs həkim adı daşımaq çox adama nəsib olur, lakin həkim yalnız xəstələrin deyil, xalqın məhəbbətini də qazanaraq ehtiram sahibi olur.

Sağlamlığımızı  göz qırpmadan həvalə edəcəyimiz bir həkim də var: möcüzə doktor – Könül Ələkbərov! Bir neçə gün əvvəl  mədə-bağırsaq sistemimdə anidən yaranan ciddi problemlə bağlı Kliniki Tibbi Mərkəzə müraciət etməli oldum. Başda Könül doktor olmaqla mərkəzin həkim və tibb heyətinin müayinəsi və müdaxiləsi nəticəsində yenidən həyata döndüm və qısa zaman ərzində sağlamlığıma qovuşdum. Baxmayaraq ki, səhhətimlə bağlı anidən həyati təhlükə yaranmışdı. Könül həkimin diqqət və müalicəsi sayəsində artıq sağlamlığımı bərpa etmişəm.

Sağlamlığıma qovuşmaq üçün mənə  göstərilən keyfiyyətli tibbi xidmətə, həkim həssaslığına və xəstələrə doğru münasibətinə görə Könül Ələkbərov başda olmaqla Kliniki Tibbi Mərkəz bütün tibbi personalına təşəkkürümü bildirirəm.

Bir pasient olaraq əhaliyə yüksək xidmət göstərdiklərinə görə bütün personala və xüsusilə də Könül doktora fəaliyyətlərində ugurlar arzu edirəm.

Allahverdi Səfərəliyev

İntizar Əmirova

Oxşar xəbərlər

“YAŞAT” Fondunun təşkilatçılığı ilə növbəti dəfə “Hədiyyə Karvanı” layihəsinə start verilib

Aynur Camal

“Volkswagen” yeni modellərində süni intellekt proqramı tətbiq edir

İntizar Əmirova

Qroznı milli toylar üçün elit restoran alıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu