Polşa Müdafiə Nazirliyində uzun müddətdir çalışan bir əməkdaşın Rusiyanın kəşfiyyat strukturları ilə əməkdaşlıq edərək casusluq fəaliyyəti göstərdiyi şübhəsi ilə saxlanıldığı bildirilib.
Nazirliyin ABŞ mərkəzli X sosial media platformasında yayımladığı açıqlamada qeyd olunub ki, bu səhər Müdafiə Nazirliyinin mərkəzi binasında uzun illərdir işləyən əməkdaş barəsində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat həyata keçirilib və həmin şəxs saxlanılıb.
Açıqlamada vurğulanıb ki, şübhəli şəxs xarici bir kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunur. İş üzrə istintaq Polşanın Hərbi Əks-Kəşfiyyat Xidməti tərəfindən aparılır və hüquqi prosedurlar davam etdirilir.
Polşanın “Onet” xəbər saytının məlumatına görə, saxlanılan şəxs Müdafiə Nazirliyinin Müdafiə Strategiyası və Planlaşdırma İdarəsində orta səviyyəli vəzifədə çalışan əməkdaşdır. Mənbələr onun Rusiya kəşfiyyatı üçün məlumat topladığından şübhələnildiyini bildirir.
Onet -ə danışan mənbə isə təhlükəsizlik qurumlarının şübhəlinin fəaliyyətini aylarla izlədiyini, onun hərəkətlərinin diqqətlə sənədləşdirildiyini və təhlil edildiyini qeyd edib. Mənbənin sözlərinə görə, toplanan sübutlar kifayət qədər güclüdür.
Məlumata əsasən, saxlanılan şəxs barəsində istintaq davam etdirilir.
Mənbə: TrtHaber
