İranlı müğənni Pərastü Əhmədi və onun yaradıcı komandasının dörd üzvünə hər birinə 70- dən çox şallaq zərbəsi vurulduğu barədə məlumat yayılıb. Onlar internetdə yayımlanan musiqi çıxışına görə ictimai əxlaqı pozmaqda ittiham ediliblər.
Bugun.tv xəbər verir ki, İranın “Emtedad” xəbər saytın məlumatına görə, müğənni və komandasının üzvləri musiqi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaqdan, eləcə də ölkədən xaricə səfər etməkdən iki il müddətinə məhrum ediliblər.
İş 2024-cü ilin dekabrında YouTube platformasında yayımlanan video ilə bağlıdır. Həmin çəkilişdə Pərastü Əhmədi İranın məcburi hicab qaydalarına əməl etmədən, kişi musiqiçilərlə birlikdə Qum şəhərində çıxış edib.
Hadisə beynəlxalq tənqidlərə səbəb olub
Qərb hökumətləri və insan hüquqları təşkilatları şallaq cəzasını işgəncə və beynəlxalq hüququn pozulması kimi qiymətləndiriblər. İran isə ölkədə insan hüquqlarının vəziyyətinə dair xarici tənqidləri rədd edir.
“Reuters”in məlumatına görə, İran rəsmiləri agentliyin hadisə ilə bağlı sorğusuna dərhal cavab verməyiblər. “Emtedad” saytı vəkil Nilinin beş nəfəri məhkəmədə təmsil edib-etmədiyini dəqiqləşdirməyib.
Mənbə: Reuters
