13 C
Baku
20 Aprel 2026, 18:17
Digər

Müqəddəs Kitab yuxu haqqında nə deyir? – Maraqlı faktlar

Yuxu insan həyatı üçün vacib fizioloji proses hesab olunur. Lakin maraqlıdır ki, bu anlayış yalnız tibbi deyil, eyni zamanda dini mənbələrdə də geniş şəkildə izah olunur. Müqəddəs Kitabda yuxu həm fiziki, həm də mənəvi məna daşıyan anlayış kimi təqdim edilir.

Mənbəyə görə, yuxu insan orqanizminin bərpası üçün zəruri olmaqla yanaşı, “Tanrının bir neməti” kimi qiymətləndirilir. Eyni zamanda, dini baxımdan yuxu insanın ruhani həyatına da təsir edən mühüm proses sayılır.

Müqəddəs Kitabda yuxu müxtəlif mənalarda işlədilir. Bəzi hallarda bu, sadəcə istirahət və bədənin bərpası anlamına gəlsə də, digər hallarda tənbəllik və mənəvi passivlik kimi yozulur. Hətta bəzi ayələrdə yuxu ölümün simvolu kimi təqdim edilir.

Kitabda qeyd olunur ki, hər bir insan istirahətə ehtiyac duyur. Bu baxımdan, İsa Məsihin belə yorulduğu və istirahət etdiyi vurğulanır. Digər tərəfdən, Tanrının isə insanlardan fərqli olaraq heç vaxt yatmadığı bildirilir.

Maraqlı məqamlardan biri də ilk qadının yaradılması ilə bağlıdır. Müqəddəs Kitaba görə, qadın kişinin dərin yuxuya getdiyi anda onun qabırğasından yaradılıb.

Yuxular mövzusu da xüsusi yer tutur. Müqəddəs Kitabda Tanrının insanlara yuxular vasitəsilə mesaj verdiyi bildirilir. Bununla yanaşı, bəzi yuxuların xəbərdarlıq xarakteri daşıdığı, bəzilərinin isə etibarlı olmadığı vurğulanır.

Eyni zamanda, dini mənbələrdə qeyd olunur ki, axır zamanlarda insanların yuxular və görüntülər vasitəsilə ilahi mesajlar alacağına inanılır.

Beləliklə, Müqəddəs Kitab yuxunu yalnız fiziki ehtiyac kimi deyil, həm də mənəvi və simvolik məna daşıyan çoxşaxəli anlayış kimi təqdim edir.

Mənbə: Starsİnsider

Aynur Camal

Oxşar xəbərlər

Kremlin sözçüsü Dmitriy Peskov: ABŞ – İran danışıqlarının davam edəcəyinə ümid edirik

Aynur Camal

Nikol Paşinyan: “Qarabağ məsələsini bağlayırıq”

Aynur Camal

Məhəmməd Əsədullazadə: İslamabadda ikinci raund danışıqlar regionda gərgin fon yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu