25 C
Baku
27 İyul 2024, 7:39
Mədəniyyət

Muzeylərdə eksponatlar necə qorunur?

Tariximizin müxtəlif dövrlərinə aid 300 mindən çox maddi-mədəniyyət nümunəsi var. Bu mirasın qorunması üçün muzeylərdə təhlükəsizlik tədbirləri hər zaman mütəmadi olaraq aparılır. Bəs muzey eksponatlarının sığortalanması və dəyən  zərərlər necə ödənilir?

Mu­zey­lə­ri bə­zə­yən hər bir ekspo­na­t ta­ri­xi­mi­zin bir par­ça­sıdır. Ekspo­nat­lar mu­zey ekspozisi­ya­sı­na da­xil ola­na qə­dər bir ne­çə mər­hə­lə­dən keçir. Ar­xe­o­lo­ji qazıntılar za­ma­nı və ya nəsildən-nəs­lə ötürülən  mad­di nü­mu­nə­lə­rin çox vaxt bərpaya ehtiyacı olur. Muzey əşyalarının etibarlı qorunması tarixi-mədəni mirasın gələcək nəsillərə çatdırılması üçün olduqca vacibdir. Bu həm ziyarətçilərin eksponatlara vura biləcəyi hər hansı ziyanı, həm də yanğın və digər təhlükəsizlik məsələlərini əhatə edir.

Mədəniyyət Nazirliyinin Muzeylər və Daşınar mədəni irs  sektorunun  müdiri Altun Mikayıllı Bugun.tvyə açıqlamasında bildirdi ki, mühafizə və təhlükəsizliyin təmin olunması hər zaman diqqət mərkəzində saxlanılır. Hər hansı eksponat təbii və ya insan faktoru nəticəsində zədə aldıqda ilk növbədə aktlaşdırılır. Sonra isə ekspert komissiyasi tərəfindən bu məsələyə baxılır. Muzeylərə məxsus hər bir eksponat  sığortalanır və onların sığorta qiymətləri ekspertlər tərəfindən müəyyən edilir. Əlbəttə ki,  ziyan kim tərəfindən dəyibsə, həmin qarşı tərəfdən də ödənilir. Bu zədənin dərəcəsindən asılı olur. Əgər bu bərpa olunası bir şeydirsə,  bərpaçı konservatorlarımız tərəfindən bərpa olunur. Bu işlə məşğul olan  çox yaxşı mütəxəssislərimiz var.

Muzeylərdəki eksponatların yanğından və təbii fəlakətlərdən qorunması üçün  beynəlxalq treninqlər tərəfindən  muzey rəhbərləri və işçiləri mütəmadi olaraq təlimatlandırılır. Zərər dəyən hər bir əşya bər­pa­çı rəs­sam­lar tərəfindən bərpa edilir.

A.Mikayıllı deyir ki, istər təbii fəlakətlər, istər müharibə dövründə bizim əvvəlcədən təyin etdiyimiz proqrama uyğun olaraq, ilk növbədə eskponatlar seçilir, qablaşdırılır. Daşınması üçün müəyyən tədbirlər görülür.

Ölkəmizdəki muzeylərin  daxilində bütün otaqlar  müasir təhlükəsizlik  kameraları ilə təmin olunub. Eksponatların böyük bir qismi xüsusi şüşə vitrinlərdə sərgilənir. Bu vitrinlər siqnalizasiya ilə təchiz edilməklə yanaşı, həm də zərbəyədavamlıdır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Azərbaycanlı aktrisa: “Maşın ustasının yanında işləmişəm”

Nigar Məmmədova

Şuşa Dövlət Musiqili Dram Teatrında Yeni il şənliklərinə start verildi…

Şükufə Ramizqızı

Azərbaycan pavilyonu ilk dəfə Ciddə şəhərində təqdim olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu