DünyaHadisə

Astanaya uçan təyyarə Bakıda məcburi eniş etdi

Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Bugun.tv xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.

Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.

Bugün TV

Oxşar xəbərlər

Pastorun “dünyanın sonu” ilə bağlı iddiası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu

Aynur Camal

Meşə yanğını 300-ə yaxın evi məhv etdi, 1000-ə yaxın insan təxliyə olundu

Aynur Camal

Hava limanında uçuşlarla bağlı məhdudiyyətlər davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu