17.9 C
Baku
13 May 2025, 4:42
Dünya

Myanmada ölənlərin sayı artır

Myanmada baş verən 7,7 və 6,4 bal gücündə iki zəlzələ nəticəsində ölənlərin sayı 2719 nəfərə çatıb. Zəlzələdə yaralananların sayının 4521-ə yüksəldiyini bildirən Min Aunq Hlainq 441 nəfərin hələ də itkin düşdüyünü açıqlayıb. Çin Qlobal Televiziya Şəbəkəsinin məlumatına görə, Myanmanın hərbi lideri general Min Aunq Hlainq 28 martda ölkədə baş verən zəlzələlərlə bağlı açıqlama verib.

Min Aunq Hlainq indiyədək zəlzələlərdə 2719 nəfərin öldüyünü və bu rəqəmin 3000-i keçəcəyini gözlədiklərini qeyd edib.

Zəlzələdə yaralananların sayının 4521-ə yüksəldiyini bildirən Min Aunq Hlainq 441 nəfərin hələ də itkin düşdüyünü açıqlayıb.

Myanmada zəlzələ ilə əlaqədar bir həftəlik matəm elan edilib.

Myanmanın mərkəzindəki Saqainq bölgəsi yaxınlığında 7,7 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ Myanma ilə yanaşı, qonşu Tailand və Çində də güclü hiss olunub.

Zəlzələlər ölkədə böyük dağıntılara səbəb olsa da, ölənlərin sayının artacağı ilə bağlı qorxular var.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

NASA Plutonun ən böyük peyki Charonun səthində karbon qazı izləri aşkar etdi

Aynur Camal

Şübhəli avtomobildə cins itlər tapıldı

Aynur Camal

AB 10 milyard avrodan çox vəsaiti səhv xərclədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu