Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Ermənistanda seçki kampaniyası nifrət və qütbləşmə fonunda gedir

Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya

Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Ermənistan daxilində seçki kampaniyasının ciddi siyasi qarşıdurma və qütbləşmə şəraitində davam etdiyini bildirib.

Ekspert öz sosial media hesabında paylaşdığı fikirlərdə qeyd edib ki, Ermənistanda xüsusilə Qarabağdan köçən revanşist ermənilər və onların ətrafında birləşən siyasi qüvvələr seçki prosesində gərginliyi artırır. O bildirib ki, keçmiş prezident Robert Kocharyan və onun tərəfdarları kampaniyanı cəmiyyətdə qarşıdurma və ayrı-seçkilik üzərində qurmağa çalışırlar.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Pashinyan görüşlər zamanı revanşist mövqedə olan bəzi qrupların etirazları ilə qarşılaşır. Ekspert qeyd edib ki, Paşinyan Qarabağ ermənilərinin siyasi elitasını Ermənistan üçün təhlükə hesab etdiyini açıq şəkildə bəyan edir və bununla erməni cəmiyyətinə mesaj verməyə çalışır.

Siyasi şərhçi vurğulayıb ki, hazırda Ermənistan erməniləri ilə Qarabağdan köçən ermənilər arasında siyasi və ictimai uçurum daha da dərinləşir. Onun fikrincə, bu qarşıdurma ölkədə daxili sabitliyə təsir göstərir və regionda yeni gərginlik riskini artırır.

Əsədullazadə hesab edir ki, seçkilərdən sonra revanşist düşərgəyə qarşı daha sərt siyasi addımların atılması ehtimalı yüksəkdir.

Aynur Camal

Oxşar xəbərlər

İlk inklüziv “Velomobil” beynəlxalq forumda böyük maraq doğurdu

Aynur Camal

Təbriz Məhərrəmoğlu: “Bu kitab türk dünyasının strateji yol xəritəsidir”

Aynur Camal

Səhərini yoqa ilə aç! 

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu