Bugun.tv xəbər verir ki, sonuncu dəfə 1980-ci ildə Kahramanmaraşın Andırın rayonunda görülən və nəsli kəsilməkdə olduğu üçün qırmızı siyahıda olan zolaqlı kaftar 43 ildən sonra ilk dəfə görülüb. Bir müddət kanalın ətrafında dolaşdıqdan sonra kaftar yoxa çıxıb. Canlı heyvanlara və insanlara hücum etməyən zolaqlı kaftarlar təbiətin çöpçüləri kimi tanınır.
TRT Haberin məlumatına görə, ölü heyvanla qidalanan zolaqlı kaftarların təbiətdə baş verə biləcək xəstəliklərin də qarşısını aldığı bildirilir.
Müxbir: Şəms Elnurqızı