11 C
Baku
20 Mart 2023, 23:11
Baş xəbərKriminal

N.ƏLiyev: “Avtomobilərdə oğurluq halları artıb”

Bugun.tv xəbər verir ki, son zamanlar avtomobillərdə oğurluq halları tez-tez baş verir. Ümumiyyətlə, avtomobildə dəyərli əşya saxlamaq nə dərəcə güvənlidir?
Avtomobillərdən oğurluq əvvəllər əsasən, gecə saatlarında olurdusa, artıq bu hal gündüz vaxtı da qeydə alınır. Ərazidə nəzarət kameralarının olmaması isə buna şərait yaradır. Statistika göstərir nəzarətsiz olan yerlərdə cinayətkarlar öz cinayət əməllərini daha rahat şəkildə həyata keçirirlər.
Hər dəfə sosial şəbəkələrdə zərərçəkmiş şəxslər videolar paylaşaraq insanları diqqətli olmağa çağırırlar. Avtomobillərdə olan pulu, maqnitofonu hətta elə avtomobilin özünü oğurlayaraq ehtiyat hissələrinə ayırıb, satışa çıxarırlar.
Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, avtomobilin şüşəsini sındırmaqla, daxil olub oğurluq etmək halları mövcuddur. Bununla bağlı polis orqanlarına vətəndaşlar tərəfindən müraciətlər daxil olur.
Ümumiyyətlə, dəyərli əşyaları avtomobildə saxlamaq da təhlükəlidir. Avtomobildən bahalı əşya, telefon, əl çantasının oğurluq halları daha çox olur. “Bəzi hallarda biz görürük ki, ümumiyyətlə avtomobilin idarə etmək pultunu uşaqlar üçün əlçatan yerə qoyurlar. Bu uşaqların əlində basılır. İstəmədikləri halda avtomobilin qapısı açıq qalır. Bu halda da içəri daxil olub, oğurluq edirlər”.
Odur ki, avtomobili diqqət və nəzarətdən kənarda saxlamayın. Hətta onları avtoyuma məntəqələrinə, təmir sexlərinə verdikdə belə, qiymətli əşyalarınızı götürməyiniz tövsiyə olunur.

Oxşar xəbərlər

Kaliforniyada atışmada şübhəli bilinən şəxs müəyyənləşdirilib

Aynur Camal

İran Təhsil Nazirliyi minlərlə mollanı işə götürüb

Aynur Camal

Türkiyəli rejissor “Yarat”da görüş keçirib.

Şükufə Ramizqızı

Şərh yazın