13 C
Baku
15 Aprel 2026, 19:36
Digər

Nadir bozqır lalələri təbiəti qırmızıya boyadı

Qazaxıstanın cənubunda yerləşən Türkistan vilayətində nadir və qoruma altına alınmış bozqır lalələri yazın gəlişi ilə çiçəklənərək ətraf mühiti qırmızı rəngə bürüyüb.

Məlumata görə, xüsusilə Ordabası rayonunda müşahidə olunan bu lalələr elmi ədəbiyyatda Greig laləsi kimi tanınır və Orta Asiyaya məxsus endemik bitki növüdür. Bu çiçəklər yalnız aprel və may aylarında çiçək açır.

Böyük və parlaq qırmızı, bəzən narıncı rəngli çiçəkləri ilə seçilən Greig lalələri dağ ətəklərində və yarımsəhra ərazilərdə yetişir. Bitkinin boyu 40-50 santimetrə qədər çatır və onun müasir dövrdə Niderlandda yetişdirilən bir çox lale növünün əcdadı olduğu bildirilir.

Hər il minlərlə yerli və xarici turist bu unikal mənzərəni izləmək üçün bölgəyə səfər edir. Bu il də təbiət həvəskarları və fotoqraflar “qırmızı xalça”nı xatırladan lale sahələrinə böyük maraq göstərir.

Ekspertlər bildirir ki, bu nadir lalələrin qorunması xüsusi əhəmiyyət daşıyır. Çünki bir Greig laləsinin böyüyərək çiçək açması üçün 10-15 il vaxt tələb olunur.

Qeyd edək ki, dövlət tərəfindən qorunan bu bitkiləri qoparmaq və ya zədələmək qanunla qadağandır və qaydaları pozan şəxslər üçün yüksək məbləğdə cərimələr nəzərdə tutulub.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Tramp: Çin Hörmüz boğazının daimi açıq qalmasından məmnundur

Aynur Camal

Niyə güzgü qarşısında yatmaq və yatan insanı şəkilə çəkmək olmaz? – məşhur inancların izahı

Aynur Camal

Qatlanan iPhone-un kütləvi istehsalı yenidən dayandırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu