26 C
Baku
14 Sentyabr 2026, 11:10
Səhiyyə

Narkoloq səhər yeməyində şampan içməyin təhlükələri barədə xəbərdarlıq etdi

Sosial şəbəkələrdə səhər yeməyi zamanı bir qədəh şampan içmək “gözəl həyat tərzi” simvolu kimi təqdim olunsa da, mütəxəssislər bunun sağlam vərdiş olmadığını bildirirlər.

Rusiyalı psixiatr-narkoloq, “AlkoSpas” klinikasının baş həkimi Marina Alekseyeva “Gazeta.Ru”-ya açıqlamasında bildirib ki, nadir hallarda istirahət zamanı bir qədəh şampan içmək özlüyündə asılılıq əlaməti deyil. Lakin alkoqolun günə yaxşı başlamaq üçün vacib elementə çevrilməsi təhlükəli siqnal ola bilər.

Mütəxəssisin sözlərinə görə, son illərdə sosial şəbəkələr alkoqollu içkiləri uğur, rahatlıq və estetik həyat tərzi ilə əlaqələndirən görüntüləri daha çox yayır. Bu isə insanların alkoqola münasibətini dəyişə və onu adi gündəlik ritual kimi göstərməyə başlaya bilər.

Alekseyeva vurğulayıb ki, əsas məsələ içkinin miqdarı deyil, insanın hansı səbəbdən alkoqola ehtiyac duymasıdır. Əgər içki yalnız xüsusi günlərdə istifadə olunursa, risk aşağıdır. Amma insan səhər özünü daha yaxşı hiss etmək, stressi azaltmaq və ya əhvalını dəyişmək üçün alkoqola müraciət edirsə, bu artıq narahatlıq doğuran vəziyyətdir.

Həkim bildirib ki, alkoqol asılılığı çox vaxt qəfil deyil, tədricən yaranır. Əvvəlcə içki bayramlarla, daha sonra həftəsonları, zamanla isə gündəlik həyatın bir hissəsinə çevrilə bilər.

Mütəxəssis insanlara özlərinə sual verməyi tövsiyə edib: “Alkoqolu niyə istəyirəm?” Əgər cavab sadəcə zövq və xüsusi hadisədirsə, vəziyyət fərqlidir. Lakin əhval-ruhiyyə yalnız içki ilə yaxşılaşırsa, buna diqqət yetirmək lazımdır.

Mənbə: Gazeta.Ru

Aynur Camal

Oxşar xəbərlər

Saat 7-də oyananlar neçədə yatmalıdır? Somnoloq açıqladı

Aynur Camal

Gecə işığı ürəyin quruluşuna və fəaliyyətinə zərər verə bilər

Aynur Camal

Payız allergiyası niyə artır? Həkimlər səbəbləri açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu