Baş xəbərHadisəKriminal

Narkotik satanlar saxlanıldı 

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan altı nəfər saxlanılıb.

Bugun.tv xəbər verir ki, Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şirvan rayonun Nəvai qəsəbəsində iki nəfər saxlanılıb. Bunlar rayon sakinləri Rafiq Məmmədov və Məmmədəli Gözəlovdur. Həmin şəxslərin üzərində ilkin baxış keçirilib. Axtarış zamanı R.Məmmədovdan təmiz çəkisi 325 qram, M.Gözəlovdan isə 400 qrama yaxın marixuana aşkarlanaraq götürülüb.

Bundan əlavə eyni istiqamətdə şöbə əməkdaşları tərəfindən digər əməliyyat tədbirləri də keçirilib. Əməliyyat zamanı qeyd edilən cinayət əməli ilə məşğul olan daha dörd nəfər saxlanılıb. Bunlar Ə.Əskərli, V.Balayev, X.Məmmədov və M.Əskərovdur. Həmin şəxslərdən isə müxtəlif çəkidə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.

Mənbə: DİN

Kəmalə Sultan

Oxşar xəbərlər

Hindistan kinosunun əfsanəvi filmi Bakıda böyük maraqla qarşılandı

Aynur Camal

“Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsinin artması üçün imkanlar genişdir”

Aynur Camal

Vüqar Bayramov: Birgə Bəyannamə Azərbaycan üçün yeni iqtisadi və investisiya imkanları yarada bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu