25 C
Baku
27 İyul 2024, 4:08
Baş xəbərKriminal

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Bugun.tv xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Şöbə əməkdaşları tərəfindən son günlərdə bu istiqamətdə keçirilən əməliyyat tədbirləri zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən ümumilikdə 30 nəfər saxlanılıb. Onlardan yaş çəkisi 18 kiloqramdan artıq olan çətənə kolu, 3 kiloqrama yaxın heroin, metamfetamin və marixuana aşkarlanıb.

Həmçinin, qeyd edilən dövr ərzində rayon ərazisində oğurluq faktları törədərək zərərçəkmişlərə maddi ziyan vuran 5, adam oğurluğu cinayəti törədən 3 nəfər şəxs də müəyyən edilərək istintaqa təqdim olunub.

Aşkarlanan bütün faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Meşə yanğını baş verdi

Bugün TV

Ermənilər Qarabağda növbəti dəfə təxribata əl atıblar

Nigar Məmmədova

Aydın xan Əbilov: “Onlar dünyadan köçsələr də, yaradıcılıqları, bu ölkə, xalq üçün etdiklər əbədi qalacaq”

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu