28 C
Baku
9 İyul 2025, 10:32
Baş xəbərKriminal

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 17 nəfər saxlanıldı

Binəqədi rayonunda son 1 həftədə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 17 nəfər saxlanılıb.

Bugun.tv  xəbər verir ki, DİN-dən daxil olan məlumata əsasən, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir.

Onların üzərindən,yaşadıqları evlərdən külli miqdarda heroin,marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Binəqədi rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.

Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Dünyanın ən yaxşı futbol komandaları bəlli oldu

Aynur Camal

İsveçli həkimlər COVID-19-a qarşı malyariya dərmanından istifadəyə görə peşman oldular

İntizar Əmirova

Məlahət İbrahimqızı və çoxunun favoriti Tural Abbaslıdan eyni dairədən namizəd olmalarıyla bağlı qısa açıqlama

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu