DünyaTexnologiya

NASA 31 milyon kilometr uzaqlıqdan Yerə pişik videosu göndərdi

Bugun.tv xəbər verir ki, NASA-nın “Psyche” kosmik gəmisi 31 milyon kilometr uzaqlıqdan lazerlə Yerə bir pişiyin videosunu göndərib. Görüntünü yüksək dəqiqliklə çatması üçün ən müasir lazer rabitə sistemindən istifadə edilib. Video Kaliforniya Texnologiya İnstitutunun Palomar Rəsədxanasındakı Hale Teleskopuna 101 saniyəyə çatıb.

Qeyd edək ki, görüntü göndərilən zaman Psyche ilə rəsədxana arasındakı məsafə Yerlə Ay arasındakı məsafədən 80 dəfə çox olub.

CNN-in məlumatına görə, NASA ilk dəfədir ki, kosmosdan lazer videosu yayımlayır. 15 saniyəlik görüntünün uğurlu çatdırılması gələcəkdə məlumatların ötürülməsi üçün optik rabitə sistemlərinin təkmilləşdirilməsi istiqamətində mühüm addımdır.

Teymur Əziz

Oxşar xəbərlər

İsrail kəşfiyyatında zəlzələ!

Aynur Camal

Gürcüstanda Aİ tərəfdarı nümayişlər 28 gündür ki, davam edir

Aynur Camal

“Biz soyuq müharibə düşüncəsinə qarşı çıxmalıyıq və qarşıdurmanı əngəlləməliyik”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu