Dünya

NASA Ay, Venera və Spika ulduzunun səmadakı nadir görüşünü günün fotosu seçdi

Bugun.tv xəbər verir ki, NASA noyabrın 12-də “Günün astronomiya fotosu” layihəsi çərçivəsində Ay, Venera və Spika ulduzunun səmada bir-birinə yaxın göründüyü təsirli görüntünü təqdim edib.

Polşanın Tatra dağlarında çəkilən fotoda nazik Aypara dağ silsiləsinin üzərində, parlaq Venera isə üfüqə daha yaxın görünür. Veneranın sol tərəfində seçilən parlaq nöqtə Qız bürcündə yerləşən Spika ulduzudur.

NASA-nın izahına görə, bu cür hadisələr astronomiyada “birləşmə” (konyunksiya) adlanır. Planetlər və digər göy cisimləri Yerdən baxdıqda səmada bir-birinə yaxın mövqedə görünürlər. Lakin bu, onların kosmosda həqiqətən bir-birinə yaxınlaşması demək deyil.

Fotodakı Spika ulduzu Yerdən təxminən 250 işıq ili uzaqlıqda yerləşir və göyün ən parlaq ulduzlarından biridir. 1890-cı ildə onun iki nəhəng mavi ulduzdan ibarət ikili sistem olduğu müəyyən edilib. Bu ilin əvvəlində yayılan elmi məlumatlarda isə Spikanın əslində üç ulduzlu sistem ola biləcəyi bildirilib.

Mənbə:  science.nasa.gov

Aynur Camal

Oxşar xəbərlər

Çin Oman üçün süni intellektlə işləyən 20 peykdən ibarət kosmik şəbəkə quracaq

Aynur Camal

Süni intellekt moda və alış-veriş dünyasını dəyişir: alıcılar artıq mağazalarla danışırmış kimi seçim edirlər

Aynur Camal

İtaliya, Şotlandiya və Şimali İrlandiyada minlərlə məktəbə bomba təhdidi göndərilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu