Bugun.tv xəbər verir ki, ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) və Sovet İttifaqının kosmik missiyalarında indiyədək 21 nəfərin öldüyü bildirilir.
Sietldəki Vaşinqton Universitetinin Aeronavtika və Astronavtika professoru Cim Hermanson 3 NASA və 2 Sovet İttifaqı kosmos missiyası da daxil olmaqla 5 missiyada ölümlərin olduğunu deyib.
Xatırladaq ki, NASA-nın kosmosa göndərdiyi uçuşlar zamanı iki ölümlə nəticələnən qəza baş verib və ilk qəza 1986-cı ilin yanvarında “Space Shuttle Challenger”in havaya qalxmasından 73 saniyə sonra havada partlaması nəticəsində baş verib.
Qəzada həyatını itirən 7 nəfərlik heyətdə astronavtlardan başqa Nyu-Hempşir ştatından olan müəllim Krista Makaulifin də, NASA-nın Kosmosda Müəllim Layihəsi çərçivəsində Makaulifin komandaya daxil edildiyi qeyd edilib. Bildirilib ki, qəza Kanaveral burnunda yaşanan qeyri-adi soyuq hava səbəbindən bəzi sızdırmazlıq materiallarının elastikliyini itirməsi nəticəsində baş verib.
Mənbə: TRT Haber