27 C
Baku
27 İyul 2024, 8:15
Baş xəbərDünya

NATO-nun “Hava Müdafiəçisi 2023” təlimi başlayır

Bugun.tv xəbər verir ki, Almaniya Hərbi Hava Qüvvələrinin ev sahibliyi etdiyi və “NATO tarixinin ən böyük hava təlimi” olaraq xarakterizə edilən “Hava Müdafiəçisi 2023″ün başladığı bildirildi. Təlim Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “A400M” tipli nəqliyyat təyyarəsinin Aşağı Saksoniyadakı Wunstorf Hava Bazasından havaya qalxması ilə başlayıb. Daha sonra F-18 qırıcı təyyarəsi Şlezviq-Hosteyn əyalətindəki Fligerhorst Hohn aviabazasından havaya qalxıb. Təlimin ilk saatlarında mülki uçuşlara təsir edilməyib.

Almaniya Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant İnqo Gerhartz ARD ictimai yayımı ilə əlaqəli RBB radiosuna bildirib ki, təlim ilk növbədə NATO-nun müdafiə qabiliyyətini sübut etməkdən ibarətdir.Rusiyaya qarşı təxribatların qarşısının alınacağına və təlimin gərginliyi artırmaması üçün hər şeyi edəcəklərinə işarə edən Gerhartz, Rusiyaya aid olan, lakin bununla heç bir quru əlaqəsi olmayan Kalininqrada uçuş olmadığı məlumatını paylaşdı.

Berlin-Bradnenburq Hava Limanı səlahiyyətliləri tərəfindən edilən şərhdə, indiyə qədər hava nəqliyyatı üçün normal bir gün olduğu və təlimin sərnişinlərə əhəmiyyətli bir təsir göstərmədiyi, ancaq nə qədər gecikmənin hələ bilinmədiyi bildirilib.

Frankfurt Hava Limanı səlahiyyətliləri tərəfindən edilən açıqlamada günortadan əvvəl həyata keçirilən təlimin sərnişinlər üçün nəzərəçarpan təsir göstərmədiyi və hərəkətin normal olduğu bildirilib. General-leytenant Gerhartz bildirib ki, təlimlə əlaqədar mülki hava nəqliyyatında böyük məhdudiyyətlər gözləmir.

İyunun 23-dək davam edəcək təlimdə Türkiyə də daxil olmaqla 25 ölkədən 250 döyüş təyyarəsi və təxminən 10 min personal iştirak edir.

Almaniya Hərbi Hava Qüvvələrinin bütün ölkə üzrə bazaları təlim boyu istifadə olunacaq.

Müxbir: TRT Haber

Teymur Əziz

Oxşar xəbərlər

Azərbaycanda Laçın şəhərindən yan keçən yolun tikintisi başa çatıb (FOTO)

Bugün TV

Türk xalqı bir daha”Prezident Ərdoğan” dedi

Bugün TV

Təkrar emal fabrikində yanğın oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu