25 C
Baku
27 İyul 2024, 4:43
Dünya

Naviqasiya-taktiki ballistik raket atıldı: Bir-birinin ardınca bəyanatlar gəldi

Şimali Koreya gərginliyi artıracaq növbəti raket sınağı keçirib. Yeni hazırlanmış avtonom naviqasiya sisteminə malik taktiki ballistik raket atılıb.

Şimali Koreyanın bu addımından sonra bir-birinin ardınca açıqlamalar gəlib.

Şimali Koreya dünən günorta saatlarında Yapon dənizinə doğru çoxsaylı ballistik raketlər buraxıb. Cənubi Koreya və Yaponiyadan bir-birinin ardınca açıqlamalar gələrkən, Şimali Koreya da atılan raketlə bağlı məlumat verdi.

Şimali Koreyanın rəsmi mətbuatına görə bildirilib ki, yeni hazırlanmış, avtonom naviqasiya sisteminə malik taktiki ballistik raket Kim Çen Inın nəzarəti altında sınaqdan keçirilib.

Xəbərdə raket sınağının müvəffəqiyyətlə keçdiyi bildirilir; Raketin uçuş məsafəsi, çatdığı hündürlük və vurulan hədəfin yeri kimi texniki məlumatlar daxil edilməyib.

Bildirilib ki, Kim sınaqdan məmnunluğunu ifadə edib və müdafiə sənayesi rəsmilərini təbrik edib.

Şimali Koreya dünən yerli vaxtla saat 15.10 radələrində Yapon dənizinə doğru çoxsaylı ballistik raketlər atıb və Cənubi Koreya Baş Qərargahı raketlərin qısa mənzilli olduğunu və təxminən 300 kilometr uçduğunu açıqlayıb. Yaponiya hökuməti də sınağı təsdiqləsə də, Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi raketlərin ölkənin müstəsna iqtisadi zonasına daxil olmadığını bildirib.

Mənbə: İhlas Xəbər Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Şiddətli istilik dalğası! 5 günlük “qırmızı xəbərdarlıq” verildi

Aynur Camal

Rusiya: “Ukrayna limanlarına gedən gəmilər potensial hərbi yükdaşıyıcı sayılacaq”

Nigar Məmmədova

Vladimir Putin kasetli bombalardan danışdı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu