Bugün.tv məlumat verir ki, əməliyyat edilən Binəli Yıldırımın səhhətinin yaxşı olduğu bildirilib.
Bu barədə Türkyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Səhiyyə naziri B.Yıldırımın başının dərisində toxuma itkisi səbəbindən toxuma transplantasiyası əməliyyatının icra edildiyini qeyd edib.
Qeyd edək ki, sədr artıq Türkiyənin İstanbul şəhərinə aparılıb. B.Yıldırımla birlikdə qəzada xəsarət alan, partiyanın istanbullu deputatı Şamil Ayrımın da səhhətinin normal olduğunu vurğulanıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı çərçivəsində Qarabağda olan Binəli Yıldırım, Şamil Ayrım və polis rəisi Oğuzhan Dəmirci Cəbrayıldan qayıdarkən yol qəzasına düşüblər.