Sosial

Nazirlik: 50 mindən çox şəxsə əlillik təyin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 2022-ci ilin yanvar-oktyabr ayları ərzində 50,2 min şəxsə əlillik təyin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bugun.tv-yə verilən məlumata görə, onlardan 16,7 min nəfərə ilkin, 33,5 min nəfərə təkrar əlillik təyinatı aparılıb.

Bu ilin 10 ayında əlillik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz çox olub.

Əlilliyin qiymətləndirilməsi səhiyyə müəssisələrinin elektron sistemə daxil etdiyi göndərişlər əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunur.

Bugün TV

Oxşar xəbərlər

Qərbi Azərbaycanın mədəni irsi III Konqres-Festivalda müzakirə olundu

Aynur Camal

Niyə yulaf sıyığı yemək vacibdir? Mütəxəssislərin fikri

Aynur Camal

Somnoloqlar təyyarədə yatmaq üçün ən yaxşı pozanı açıqladılar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu