İndoneziya, neft emalı müəssisəsi, partlayış, işçi ölümü, Çepu, Mərkəzi Yava, sənaye qəzası, yanğın
Dünya

Neft emalı müəssisəsində partlayış: bir işçi həyatını itirdi

Bugun.tv xəbər verir ki, İndoneziyanın Mərkəzi Yava əyalətində yerləşən neft-qaz emalı müəssisəsində baş verən partlayış nəticəsində bir işçi həyatını itirib. Hadisədən sonra müəssisədə yanğın baş verib, yanğınsöndürənlərin müdaxiləsi ilə alovun yayılmasının qarşısı alınıb.

Reuters agentliyinin noyabrın 19-da yaydığı məlumata görə, hadisə noyabrın 18-də Blora rayonunun Çepu bölgəsində yerləşən PPSDM Migas müəssisəsində qeydə alınıb.

İndoneziyanın Enerji və Mineral Ehtiyatlar Nazirliyinin açıqlamasına əsasən, partlayış müəssisənin T-143 nömrəli çənində, yerli vaxtla saat 09:30 radələrində baş verib. Həmin vaxt obyekt planlı texniki xidmət və təmizləmə işləri ilə əlaqədar fəaliyyət göstərməyib.

Partlayış zamanı podratçı şirkətin əməkdaşı ağır yanıq xəsarətləri alıb. O, tibbi yardıma baxmayaraq, həmin gün saat 17:00-da vəfat edib.

Nazirlik yanğının söndürüldüyünü, ərazidə soyutma işlərinin aparıldığını və vəziyyətin nəzarət altına alındığını açıqlayıb. Hadisənin başvermə səbəblərini müəyyənləşdirmək üçün müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Nazirlik, həmçinin hadisə ilə əlaqələndirilərək yayılan bəzi foto və videoların əslində 2020-ci ildə başqa bir müəssisədə baş vermiş yanğına aid olduğunu bildirib.

Mənbə: thestar.com.

Aynur Camal

Oxşar xəbərlər

Krım körpüsünə bir həftə ərzində üçüncü hücum: qatarların hərəkəti dayandırıldı

Aynur Camal

Zelenski: Ukrayna müharibəsi üç dünya liderinin bir görüşü ilə başa çata bilər

Aynur Camal

NATO 5G və 6G texnologiyalarının hərbi istifadəsi üzrə ilk strategiyasını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu