28 C
Baku
9 İyul 2025, 11:02
Baş xəbərHadisə

Neft emalı zavodunda yanğın baş verdi

Bugun.tv xəbər verir ki, Rumıniyanın ən böyük xam neft emalı zavodu olan Petromidiyada yanğın olub.

Rumıniyanın Ətraf Mühit Nazirliyindən verilən açıqlamada yanğının partlayışdan sonra başladığı bildirilib.

Hökumətin fövqəladə hallar bölməsi yanğının nəzarət altına alındığını və havada heç bir təhlükəli maddənin aşkar edilmədiyini deyib. “Yanğın artıq söndürülüb. Yenidən alovlanma riski olduğundan, personal təxliyə edilib və yanğınsöndürənlər soyutma işlərini davam etdirirlər”.

Neft emalı zavodundan qalxan qara tüstü kilometrlərlə uzaqdan görünb. Yanğın zamanı tələfat və xəsarət alanlar barədə məlumat verilməyib.

Sözügedən neft emalı zavodu, əsasən, Qazaxıstanın KazMunayQaz dövlət neft şirkətinin bir hissəsi olan KMG International-ın nəzarətində olan Rompetrol Rafinare-ə məxsusdur. Rumıniya dövləti neft emalı zavodunda 45 faiz paya malikdir. Zavod xam nefti Qazaxıstandan alır.

Mənbə: TRT Haber

Kəmalə Sultan

Oxşar xəbərlər

3D printer ilə odlu silah hazırlayan şəxs həbs cəzasına məhkum edildi

Aynur Camal

Paytaxt sakinləri Qurban bayramı ilə bağlı danışdılar – SORĞU – FOTO – VİDEO

Bugün TV

Yanacaqdoldurma məntəqəsində partlayış baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu