Digər

“Neftçi”dən start antirekordu

Bugun.tv xəbər verir ki, “ağ-qaralar” Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümünün ilk turunda “Şamaxı” ilə heç-heçə edib – 1:1.

Bakı klubu 2023/2024-cü illər mövsümündə səfərdə “Kəpəz”, ötən çempionatda evdə “Turan Tovuz”la start matçında qələbə qazana bilməmişdi – müvafiq olaraq 0:1 və 0:0.

Ardıcıl üç çempionatın ilk oyununda qalib gəlməmək “Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordudur. Paytaxt təmsilçisi bunadək bir dəfə – 2007/2008 və 2008/2009-cu illər mövsümlərində ardıcıl startda xal itirib. Qeyd edək ki, “Neftçi” 34 mövsümdən 21-nin ilk oyununda qələbəyə sevinib.

Bugün TV

Oxşar xəbərlər

Dərman çatışmazlığı rekord həddə çatdı

Aynur Camal

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu