25 C
Baku
27 İyul 2024, 3:49
Dünya

Netanyahu qanunu tanımır: İsrail tankları Rəfahın mərkəzinə daxil olub

İsrail ordusunun Rəfaha qarşı quru əməliyyatının üçüncü həftəsində İsrail tankları, şahidlərin sözlərinə görə, Rəfahın mərkəzinə çatıb.  İsrail ordusu Dünya Məhkəməsinin “dərhal dayandırılması” qərarına baxmayaraq, Rəfahdakı əməliyyatını davam etdirir. İsrail tanklarının Rəfahın mərkəzinə daxil olduğu açıqlanıb. Şahidlərin Reuters agentliyinə verdiyi məlumata görə, Qəzza zolağının cənubunda Misir və ABŞ tərəfindən tənqid edilən quru əməliyyatının üçüncü həftəsində bir neçə İsrail tankı Rəfah şəhərinin mərkəzinə çatıb.

Tankların Rəfahın görməli yerlərindən biri olan Əl Avde məscidinin yaxınlığında göründüyü bildirilib.

İsrail ordusu qüvvələrinin Rəfah bölgəsində əməliyyatlarını davam etdirdiyini bildirsə də, onların şəhər mərkəzinə doğru irəlilədikləri barədə yayılan xəbərlərə münasibət bildirməyib. Ordu daha sonra açıqlama verəcəyini bildirib.

İsrail ordusu beynəlxalq xəbərdarlıqlara və Beynəlxalq Məhkəmənin (ICJ) hücumu dayandırmaq əmrinə baxmayaraq, Qəzzanın cənubunda genişmiqyaslı əməliyyat keçirir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) açıqlamasına görə, əməliyyatın son üç həftəsində bölgəyə sığınan bir milyon fələstinli köç etmək məcburiyyətində qalıb.

Ötən gecə Rəfah şəhərində məcburi köçkün fələstinlilərin çadırlarına edilən hücumda ən azı 45 fələstinli həyatını itirib.

Fələstin Səhiyyə Nazirliyi Rəfəh bölgəsində hücumda ölən və yaralananları yerləşdirmək üçün xəstəxananın olmadığını açıqlayıb.

İsrailin baş naziri Benyamin Netanyahu hücumu “faciəvi səhv” kimi qiymətləndirərək, araşdırma apardıqlarını bildirib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Ukrayna bölgələrinə yeni raket zərbələri gözlənilir

Aynur Camal

Çirkli suyu içməli suya çevirən möcüzəvi toz

Aynur Camal

Boris Conson yenidən baş nazir olacaqmı?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu