Mədəniyyət

Nicat Cəfərzadənin 20 illik yubiley konserti baş tutub

Bugun.tv xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində müğənni, AzTv-nin solisti Nicat Cəfərzadənin sənətdəki 20 illiyinə həsr olunsn solo konserti keçirilib.

Tədbirdə tanınmış incəsənət xadimləri, xalq artistləri və bəstəkarlar iştirak ediblər.

Konsert proqramı musiqiçilərin canlı müşayiəti ilə təqdim olunub. Gecədə bir-birindən gözəl bəstəkar və xalq mahnıları səsləndirilib. Nicat Cəfərzadənin ifaları zalda böyük heyranlıqla qarşılanıb.

Musiqili gecə tamaşaçıların ayaqüstü alqışları ilə başa çatıb. Sonda sənət dostları və pərəstişkarları yubilyara gül dəstələri təqdim ediblər. Bu hesabat gecəsi paytaxtın mədəniyyət xronikasına parlaq bir səhifə kimi yazılıb.

Qeyd edək ki, müğənni Nicat Cəfərzadə “Azəri Star” mahnı müsabiqəsi ilə tanınıb. O, retro mahnıların fərqli ifaları ilə seçilir. Sənətçi yaradıcılıq fəaliyyətini rəqəmsal musiqi platformalarında və yerli televiziyalarda davam etdirir.

Müxbir: Jalə Asiman

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan Yazıçılar Birliyində Nazim Rizvanın 75 illik yubileyi qeyd olunub

Aynur Camal

Kanadanın “Eurovision”a qoşulması müzakirə olunur

Aynur Camal

Eurovision-da İsrail səhnədə olarkən “Soyqırımı dayandırın” şüarları səsləndi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu