DünyaSiyasət

İrandan ABŞ hərbi bazasına cavab zərbəsi

Bugun.tv xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın Bəndər-Abbas bölgəsinə endirdiyi hava zərbəsinə cavab olaraq bölgədə yerləşən ABŞ hərbi hava bazasını hədəf aldıqlarını açıqlayıb.

Qurumun yaydığı bəyanatda bildirilib ki, hücum “düşmənin təcavüzünün cavabsız qalmayacağını göstərmək üçün ciddi xəbərdarlıqdır”.

İran tərəfi qeyd edib ki, hücumların təkrarlanacağı halda cavab daha sərt olacaq.

Hədəfə alınan ABŞ bazasının hansı ölkədə yerləşdiyi açıqlanmasa da, bölgədə ABŞ hərbi bazalarının yerləşdiyi ölkələrdən biri olan Küveyt raket və pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib.

Küveyt ordusunun açıqlamasında hava hücumundan müdafiə sistemlərinin raket və PUA hücumlarının qarşısını almağa çalışdığı qeyd olunub. Partlayış səslərinin məhz hava müdafiə sistemlərinin fəaliyyəti nəticəsində yarandığı bildirilib.

Xatırladaq ki, ABŞ ordusu İranın cənubundakı hərbi bölgəyə hava zərbələri endirdiyini və bunu bölgədəki ABŞ qüvvələri ilə ticarət gəmiçiliyinə qarşı təhlükənin qarşısını almaq məqsədi ilə həyata keçirdiyini açıqlamışdı.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Rusiya: Ukraynanın hücumlarına cavab olaraq Britaniyanın hərbi obyektləri hədəf alına bilər

Aynur Camal

Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 12-yə çatdı

Aynur Camal

Məkkədə saat qülləsini ildırım vurdu – görüntülər yayılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu