Baş xəbərDünya

Nigeriyada silahlılar iki kənddə 15 nəfəri öldülər

Bu həftə Nigeriyanın şimal-şərqində ekstremist dəstənin üzvlərinin hücumu nəticəsində azı 15 nəfər həlak olub.

Bugun.tv TASS agentliyinə istinadla bildirir ki, bu barədə Çibok Rayon İnkişaf Assosiasiyasının rəhbəri Manasşe Allen məlumat verib.

“Yaraqlılar Yeni il günü Borno əyalətinin iki kəndinə hücum ediblər”, – deyən M.Allen əlavə edib ki, şahidlərin sözlərinə görə, ekstremistlər bir neçə yük avtomobilində olub və Nigeriya nizami ordusunun formasını geyiniblər.

Səlahiyyətli qurumlar bölgəyə təhlükəsizlik qüvvələri göndərib. Hücuma görə hər hansısa radikal qrup məsuliyyəti öz üzərinə götürməyib.

Bugün TV

Oxşar xəbərlər

Melaniya Tramp MMA turnirində diqqət mərkəzində oldu

Aynur Camal

Neft tankerləri Hörmüz boğazına yönəlməyə başladı

Aynur Camal

Su-24M bombardman təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu