Digər

Nikolay Patruşev Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri ilə danışıqlar aparıb

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Yohannesburqda Səudiyyə Ərəbistanının milli təhlükəsizlik müşaviri Musaad bin Mohammed Al Aiban ilə danışıqlar aparıb.

Bugun.tv xəbər verir ki. bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti bildirib.

“Tərəflər təsdiqləyiblər ki, Rusiya və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlər müxtəlif sahələrdə dinamik irəliləyiş edir. Onlar iki ölkənin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivlərini ətraflı müzakirə ediblər”, – o deyib.

Bundan əvvəl Patruşev iyulun 24-25-də Yohannesburqda keçirilən BRİKS və BRİKS-in Dostları ölkələrinin yüksək təhlükəsizlik rəsmilərinin görüşü çərçivəsində Çin, Braziliya, Hindistan və İrandan olan həmkarları ilə bir sıra ikitərəfli danışıqlar aparıb.

Yüksək təhlükəsizlik rəsmilərinin görüşü ənənəvi olaraq avqustun 22-dən 24-dək Yohannesburqda keçirilməsi planlaşdırılan BRİKS sammitindən əvvəl keçirilir. Rusiya prezidenti Vladimir Putin sammitdə onlayn iştirak edəcək, xarici işlər naziri Sergey Lavrov isə Rusiyanı şəxsən təmsil edəcək.

Mənbə:TASS

Bugün TV

Oxşar xəbərlər

Fransız deputatdan Eurovision boykotu çağırışı: İsrailə görə yayım dayandırılsın

Aynur Camal

Spotify süni intellekt məzmununu ayırmaq üçün “təsdiq işarəsi” tətbiq edir

Aynur Camal

Banksy Londonda gecə yarısı gizli əməliyyatla heykəl ucaltdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu