Baş xəbərDünya

Nil virusundan 20 nəfər ölüb

Bugun.tv xəbər verir ki, Yunanıstanda bu il Qərbi Nil virusundan 20 nəfərin öldüyü bildirilib. Yunanıstanın Milli Xalq Sağlamlığı Təşkilatından (EODY) verilən açıqlamada virusun ölkənin müxtəlif bölgələrində 20 nəfərin ölümünə səbəb olduğu bildirilib. Son bir həftədə 5 yeni xəstəliyə diaqnoz qoyulduğu qeyd edilən açıqlamada ağcaqanadlardan fərdi qorunmanın vacibliyi vurğulanıb.

TRT Haber-in məlumatına görə, Virusun xüsusilə Kardiça, Larissa, Trikala, İmathia, Saloniki, Pela, Pieria, Kilkis, Serres, Halkidiki, Kavala, Drama, Rodop, Xanthi, Meriç, Kastoria, Arta və Ioannina bölgələrində aşkar edildiyi bildirilib. Mütəxəssislər halların artacağını qiymətləndirdi.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Reuters: Nəhəng istilik dalğaları Yer kürəsinin daha böyük hissəsini əhatə edir

Aynur Camal

Səhər yeməyi üçün faydalı meyvələrdən biri: qaragilənin üstünlükləri

Aynur Camal

Dünya vaxtı sistemində dəyişiklik: artıq saniyə tətbiqi ləğv edilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu